Onlayn ictimai-siyasi qəzet
2022-ci ildə Zaqatalada yüksək dağlıq ərazidə itkin düşən hindistanlı trustin axtarışları Rusiya ərazisində davam etdirilir.
Məlumata görə, 1993-cü il təvəllüdlü Hindistan vətəndaşı Manikanth Kondaveetinin axtarışlarına Rusiya Fedarasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda axtarışlar Azərbaycan-Rusiya sərhədinin əks tərəfində, Dağıstan ərazisində gedir.
Qeyd edək ki, Hindistan vətandaşı Manikanth Kondaveetin 2022-ci ilin may ayının 12-də Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissəsinin yüksək dağlıq meşəlik ərazisində itkin düşüb. Azərbaycan ərazisində onunla bağlı uzun müddət axtarışlar aparılıb.
Musavat.com
21 May 2025
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ