Onlayn ictimai-siyasi qəzet
İran Azərbaycanın ticarət tərəfdaşlarından biridir. Ölkəyə gətirilən meyvə-tərəvəz, çay, süd məhsulları və bəzi gündəlik istehlak mallarının bir hissəsi bu ölkədən idxal olunur. Lakin bölgədəki silahlı toqquşmalar İran daxilində nəqliyyat və istehsalat zəncirini pozmaq təhlükəsi yaradır. Bu isə Azərbaycana məhsul axınının azalması və müəyyən ərzaq məhsullarında müvəqqəti qıtlıq ehtimalını gündəmə gətirir.
Hazırda İran Təbriz məhsulları satışını həyata keçirən mağazalarda vəziyyət pis deyil. Qıtlıq müşahidə edilmir.
Musavat.com xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Vüqar Bayramovun sözlərinə görə, əgər müharibə uzun çəkərsə, idxalda azalma, qiymətdə isə artım müşahidə oluna bilər:
"İrandan idxal daha ucuzdur. Bu da daha ucuz ərzaq məhsullarının bazara daxil olmasına imkan yaradır. Digər tərəfdən isə yeni bazarların axtarıb tapılması vaxt tələb edir. Bu baxımdan İran məhsulları Azərbaycan istehlak bazarının qiymətlərini artıra bilər. Çünki nəzərə alsaq ki, beynəlxalq yükdaşımalarda region olaraq müəyyən çətinliklər var".
Millət vəkili qeyd edir ki, qıtlıqla rastlaşmamaq üçün iş adamları tərəfindən alternativ bazarların tapılmasına və Türkiyədən həmin məhsulların daha qısa zaman ərzində idxalının həyata keçirilməsinə ehtiyac var.
Musavat.com
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ