Onlayn ictimai-siyasi qəzet
Qusarda 3,4 bal gücündə zəlzələ olub
Qusar rayonunda zəlzələ qeydə alınıb. Musavat.com xəbər verir ki, bu barədə məlumatı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi açıqlayıb.
Mərkəzin Zəlzələlərin Tədqiqatı Bürosunun verdiyi məlumata görə, yerli vaxtla saat 00:07-də Qusar stansiyasından 4 km cənubda, Qusar rayonu ərazisində 3,4 maqnitudalı yeraltı təkan baş verib. Zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ