İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda DƏHŞƏT: 21 yaşlı oğlan yaşlı kişini QƏTLƏ YETİRDİ

Astarada qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Musavat.com-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, avqustun 17-də Astara rayonunun Suparibağ kəndi ərazisində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2004-cü il təvəllüdlü Vüsal Əliyevin aralarında yaranmış mübahisə zamanı tanışı 1959-cu il təvəllüdlü İskəndər Məmmədova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Vüsal Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR