Onlayn ictimai-siyasi qəzet
"Azərbaycan BRİKS-ə qoşulmaq istəyir".
Musavat.com xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində TASS-a müsahibəsində deyib.
“BRİKS-ə qoşulmaq istəyənlərin uzun növbəsi var. Azərbaycan doğrudan da belə bir istəyi ifadə edib. Biz bu barədə rusiyalı həmkarlarımızla danışdıq",- səfir Bakının assosiasiyaya üzv olmaq üçün rəsmi ərizə verib-vermədiyi sualına cavab verərkən deyib.
BRİKS 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb və Cənubi Afrika 2011-ci ildə qoşulub. 1 yanvar 2024-cü ildə Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya qrupun tamhüquqlu üzvləri olub. Bu il assosiasiyaya Rusiya sədrlik edir.
Şahanə Rəhimli
Musavat.com
19 May 2025
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ