Onlayn ictimai-siyasi qəzet
Argentina Prezidenti Xavyer Milei səsvermə üçün paytaxt məktəblərindən birinə daxil olarkən, C5N kanalının müxbiri Dieqo Leven mikrofonla təsadüfən onun üzünə zərbə vurub, bu isə ətrafdakıların ciddi narahatlığına səbəb olub.
"Hey, dayanın! Mikrofonla üzümə vurdunuz, bir az diqqətli olun!" - deyə prezident Milei hadisəyə dərhal reaksiya verib.
Jurnalistlərin açıqlama almaq üçün yaxınlaşdığı an, C5N müxbirinin tutduğu mikrofon birbaşa prezidentin üzünə dəyib. Milei isə əsəbi şəkildə barmağını qaldıraraq məsafə tələb edib, lakin əlavə açıqlama verməyib.
Prezidentin mühafizəçiləri dərhal araya girərək jurnalistlərdən məsafə saxlamalarını istəyiblər.
Hadisənin görüntüləri sosial şəbəkələrdə sürətlə yayıldı və Kirşnerist mediaya, xüsusən də jurnalist Dieqo Levenə qarşı ciddi tənqidlər səsləndirildi.**Milli.Az
@@TVmusavat/115370
19 May 2025
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ