Onlayn ictimai-siyasi qəzet
“ENMODA magazine” dərgisinin təşkil etdiyi X beynəlxalq mükafatlandırma mərasimi Şimali Kiprdə baş tutub.
Musavat.com xəbər verir ki, tədbirin açılış mərasimində azərbaycanlı müğənni Sevanna çıxış edib.
Sənətçi 15 dəqiqəlik səhnə performansı ilə gecəyə rəng qatmağı bacarıb.
Sevanna “Hello from Baku”, “Get Wild”, “Follow me” və s. mahnılarını ifa edib. Onun hər ifasını peşəkar rəqqaslar müşayiət edib. Şounun quruluşçu rejissoru Ranar Musayevdir.
Qeyd edək ki, tədbirdə dünyaca məşhur müğənnilər, iş adamları, modelyerlər, jurnalistlər və s. şəxslər iştirak edib.
Musavat.com
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ