Onlayn ictimai-siyasi qəzet
Vaşinqton bundan sonra Moskvanı hərbi yolla deyil, iqtisadi vasitələrlə sıxışdırmaq niyyətindədir.
Musavat.com xəbər verir ki, "El Pais" nəşrinin məlumatına görə, məqalədə bildirilir ki, ABŞ administrasiyası “Kremlə raketlərlə yox, rubl vasitəsilə təzyiq göstərmək” strategiyasına üstünlük verir. “Məşhur "Tomahawk" raketlərinin Kiyevə göndərilməsi ehtimalı çox aşağıdır, lakin iqtisadi sanksiyalar və maliyyə məhdudiyyətləri davam edəcək”, – deyə nəşr qeyd edib.
Ekspertlərin fikrincə, bu addım ABŞ-ın Rusiya ilə toqquşmanı genişmiqyaslı hərbi qarşıdurmaya çevirməmək, eyni zamanda Moskvanın iqtisadi imkanlarını tükətmək planının tərkib hissəsidir.
Musavat.com
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ