 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə ondördmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2017-ci il təvəllüdlü azyaşlını xilas edərək valideynlərinə təhvil veriblər.
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ