İnsanlara hürriyət, millətlərə istiqlal!

Şadlıq evində DAVA: dostunu tualetdə döydü

Oğuzda şadlıq sarayında toy zamanı dava olub.

Hadisə şəhərin H. Aslanov küçəsində yerləşən “Qızıl-Tac” şadlıq evində baş verib.

36 yaşlı Yəhya Cavadov (ad və soyad şərtidir) şadlıq evinin tualetində torpaq üstündə mübahisələrinə görə ədavətli olduğu tanışını görüb. Bu zaman sanitar qovşaqda yalnız ikisi olublar. Yəhya elə tualetdəcə həmin ədavətin qisasını almağı düşünüb. Bu məqsədlə o, zərərçəkənin başına, əllərinə, qollarına, eləcə də ayaqlarına yumruq və təpiklə zərbələr vuraraq, xəsarətlər yetirib.

Bu hərəkətinə görə, onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdığını və ona dəyən ziyanı tam ödədiyini deyərək, cinayət işinə xitam verilməsini xahiş edib. Zərərçəkən də həmçinin şikayət və tələbinin olmadığını qeyd edib.

Oğuz rayon Məhkəməsində keçirilən iclas zamanı cinayət işinə xitam verilib./Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR