İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda gənc "TikTok"a görə qaydanı pozdu: Qarşı yola çıxıb təhlükə YARATDI

Bakının Nərimanov rayonu, Təbriz küçəsində qayda pozan sürücü özünü videoya çəkərək "TikTok" sosial şəbəkə hesabında paylaşıb.

Musavat.com Avtosfer.az-a istinadən xəbər verir ki, 77-KY-123 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb.

O, əks istiqamətdə hərəkət edərək qarşı tərəfdən gələn nəqliyyat vasitələrinə təhlükə yaradıb.

Kadrda sürücünün işıqforun qırmızı işığında gözləmək istəmədiyi üçün xəta törətdiyi aydın şəkildə əks olunub.

Xatırladaq ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə uyğun olaraq, 4 bal və 150 manat cərimə ilə nəticələnir.

Həmin görüntüləri təqdim edirik: 

@@TVmusavat/114195@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 May 2025

BÜTÜN XƏBƏRLƏR