İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda kişinin qulağı niyə qopub? - 34 saat sonra yerinə tikdilər

Bakıda kişinin qopan qulağını 34 saat sonra yerinə tikiblər.

Musavat.com xəbər verir ki, bu barədə həkim-cərrah Dilqəm Məmmədov məlumat paylaşıb.

Həkim əvvəlcə qopan qulağın paketdə olan fotosunu, sonra isə qulağın yerinə tikilməsi görüntüsünü paylaşıb.

Dilqəm Məmmədov qeyd edib ki, bu, plastik cərrahiyyədə ən çətin əməliyyatlardan biridir.

Qeyd edək ki, 40-45 yaşlarında olduğu bildirilən kişinin qulağının hansı şəraitdə qopması barədə dəqiq məlumat yoxdur.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR