İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanın tələbi qəbuledilməzdir” - Mirzoyan sülh sazişi ilə bağlı danışdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycanın sülh sazişi ilə bağlı İrəvandan tələb etdiyi Konstitusiya dəyişiklikləri Ermənistan üçün qəbuledilməzdir. Nazir qeyd edib ki, bu məsələ ilə bağlı tərəflər arasında qarşılıqlı anlaşma yoxdur.

“Onlar deyirlər ki, bizim Konstitusiyamızda problem var, biz isə deyirik ki, yoxdur. Bu məsələdə qarşılıqlı anlaşma yoxdur,” — deyə Mirzoyan bildirib.

Musavat.com-un şərhi:

“Sizə güvənmək olmaz. Demokrat cildinə girsəniz belə yekunda erməni xisləti var sizdə. Şuşa azad olunan günə kimi son ana qədər dirəşib savaşı udmaq eşqi ilə ümidli idiniz. Belə anlayan idinizsə savaş zamanı üç dəfə atəşkəs təklif olunanda məğlubiyyəti etiraf edib silahı yerə qoymalıydınız. Demək ki, sizin anlayacağınız metod Azərbaycan əsgərinin silahındakı güllədir. Bir az da sülhü yubatsanız Azərbaycan əsgərini İrəvanda görəcəksiniz.”

Hazırda rəsmi İrəvan və Bakı arasında sülh sazişinin şərtləri və hər iki tərəfin tələbləri ətrafında danışıqlar və ictimai müzakirələr davam edir. Mirzoyanın açıqlaması və media şərhləri regiondakı siyasi həssaslıq və etimad məsələlərinin hələ də həllini gözlədiyini göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR