Onlayn ictimai-siyasi qəzet
"Övladlarım xaricdə olsalar da, məni idarə edirlər. Əvvəl anam idi, indi onlar məni sərbəst qoymurlar".
Bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Qonaqcanlı" proqramında deyib. Müğənni bildirib ki, övladları hər zaman onu nəzarətdə saxlayır.
N.Ələsgərli deyib ki, oğlunu evləndirə bilmir:
"Ən böyük arzumdur. Oğlum razılaşmır. Bakıya da ona görə gəlmir. Gələn kimi onu incidirəm".
Qeyd edək ki, N.Ələsgərlinin bir qız, bir oğul övladı var. Onun oğlu Estoniya, qızı isə Belçikada yaşayır. (Axşam.az)
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ