İnsanlara hürriyət, millətlərə istiqlal!

“Barselona” hücum xəttini ulduz futbolçu ilə gücləndirdi

"Mançester Yunayted"in futbolçusu Markus Reşfordun yeni klubu məlum olmaq üzrədir.

"Barselona" ingilis hücumçunun keçidini tamamlayıb. Katalon klubu hazırda "qırmızı şeytanlar"la satınalma şərti ilə icarəyə götürmək üçün son danışıqları aparır.

Bu barədə "The Athletic" və insayder Fabritsio Romano məlumat yayıb.

Reşford 2016-cı ildən "Mançester Yunayted"də çıxış edir. O, başa çatan mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirib.

27 yaşlı futbolçunun transfer dönəminin əvvəlindən bəri tək istəyi "Barselona"da çıxış etmək idi.

O, bu yay Xoan Qarsiyadan sonra "blauqrana"nın əsas komandaya ikinci transferi olacaq. (Offsideplus.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR