Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Co Baydenin yaddaşı ilə bağlı yeni qalmaqallı iddialar ortaya çıxıb.
Musavat.com xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.
Mənbəyə görə, Bayden prezidentlik müddətinin cəmi iki ili tamam olmamış, onunla 10 ilə yaxın işləyən əsas köməkçilərinin adlarını unutmağa başlayıb. Söhbət keçmiş milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivan və vitse-prezidentlik dövründə mətbuatla əlaqələr üzrə məsul şəxs olmuş Keyt Bedinqfilddən gedir.
İddialar yaxın günlərdə nəşr olunacaq “Əsl günah” (“The Apprentice: Primary Sin”) adlı kitabda əks olunub. Kitabın müəllifləri tanınmış jurnalistlər Aleks Tompson və Ceyk Tapperdir.
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ