Onlayn ictimai-siyasi qəzet
Ukrayna nizamlanması üzrə növbəti sammitlərdə Avropa Rusiya, ABŞ və Ukrayna ilə birgə danışıqlar masası arxasında olmalıdır.
Musavat.com xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron belə hesab etdiyini açıqlayıb.
O, fikrini Bormes-les-Mimosas kommunasında (respublikanın cənub bölgəsindəki Var departamenti) II Dünya Müharibəsi zamanı ölkənin cənubunun nasist işğalından azad edilməsinin 81-ci ildönümü şərəfinə keçirilən mərasimdən əvvəl açıqlayıb.
Onun çıxışını Yelisey Sarayının X əhifəsində yayımlanıb: "Növbəti sammitlərdə təkcə Ukraynanın deyil, Avropanın da danışıqlar masası arxasında olması fikrini müdafiə etmək niyyətindəyəm. Rusiya və ABŞ-la birlikdə, çünki söhbət avropalıların təhlükəsizliyindən gedir".
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Vladimir Zelenski ilə Vaşinqtonda görüşündə Avropa liderləri “Ukraynanın maraqları ilə yanaşı, öz maraqlarını da müdafiə edəcəklər”: "Sabah biz ora təkcə Zelenskini müşayiət etmək üçün deyil, avropalıların maraqlarını müdafiə etmək üçün gedirik".
Musavat.com
18 Avqust 2025
17 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ