Onlayn ictimai-siyasi qəzet
Ukraynanın avropalı müttəfiqləri “İstəklilər koalisiyası”nın telekonfransında Ukraynanın silahlandırılmasını dayandırmaq öhdəliyi olmadan hərbi əməliyyatları dayandırmağa və Rusiyaya təzyiqi davam etdirməyə çağırıblar.
Musavat.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Fransa prezidenti Emmanuel Makron “İstəklilər koalisiyası” görüşünün yekunları ilə bağlı açıqlamasında vurğulayıb ki, Rusiya Ukraynaya sülh deyil, kapitulyasiya təklif edir.
Onun sözlərinə görə, Ukrayna ordusunun ixtisarına dair hər hansı razılaşma pozulmağa məhkumdur. O, həmçinin qeyd edib ki, Rusiya heç vaxt sülh barədə verdiyi vədləri yerinə yetirməyib və işğal məsələlərində qeyri-müəyyən davranıb.
“Əgər biz zəif olsaq, sabahkı münaqişələrə hazır olmalıyıq”, - deyə Makron əlavə edib.
Fransa Prezidenti həmçinin bildirib ki, Ukraynanın səsi olmadan heç bir ərazi danışıqları mümkün deyil və sabah Trampla keçiriləcək danışıqların məqsədi Ukrayna ilə Avropa müttəfiqləri arasında birgə mövqe nümayiş etdirməkdir. O, Vaşinqtondakı görüş öncəsi vəziyyətin yalnız Ukrayna üçün deyil, həm də bütün Avropa üçün son dərəcə ciddi olduğunu vurğulayıb.
Musavat.com
18 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ