İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski müharibəni dondurmağa hazırdır – Ukrayna lideri kompromis axtarışında

Trampla danışıqlarda Ukrayna prezidenti qoşunların Donetsk və Luqansk vilayətlərindən tamamilə çıxarılması kimi “mümkün olmayan tələblərdən” qaçaraq “konstruktiv sülh prosesini” irəli aparmaq niyyətindədir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, ABŞ prezidenti Donald Trampla görüşə hazırlaşan Ukrayna prezidenti Vladimir Zelenski artıq maksimalist mövqedən imtina edir. O, “konstruktiv sülh prosesinə” üstünlük verərək Donetsk və Luqanskdan bütün rus qoşunlarının çıxarılması kimi “mümkün olmayan tələbləri” gündəmə gətirməyəcək.

Mənbələrin bildirdiyinə görə, Zelenski mövcud cəbhə xətti üzrə müharibənin dondurulmasına razılıq verməyə hazırdır. Bu, Ukrayna ictimaiyyəti üçün “qəbuledilən kompromis” kimi təqdim olunur.

Lakin prosesin digər tərəfində Moskva daha sərt mövqe ortaya qoyur. Trampın Alyaskada Vladimir Putinlə sammitindən sonra Qərb müttəfiqlərinə verdiyi mesajda qeyd olunub ki, Rusiya Donbas üzərində tam nəzarəti tələb edir. Zelenski isə cavabında Ukrayna Konstitusiyasının ölkə ərazisinin “alver predmetinə çevrilməsinə” imkan vermədiyini vurğulayıb.

Beləliklə, Ukraynada müharibənin taleyi danışıqlar masasında formalaşır: kompromis axtarışı fonunda dondurulmuş münaqişə variantı reallığa çevrilə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR