İnsanlara hürriyət, millətlərə istiqlal!

"Möhkəm ol” - Rəqsanənin qızına dəstək

Aparıcı-prodüser Tarix Əliyev müğənni Rəqsanə İsmayılovanın qızı Aysuna dəstəyini nümayiş etdirib.
 
Musavat.com xəbər verir ki, aparıcı Aysunun yanında olduğunu bildirib.
 
"Bu hadisələrdə ən çox səni düşündüm. Bu gün sevilirsən, şükür. Balan, işin gücün var. Hec kimdən aslı deyilsən. Amma anan sənin ücün hər şeydən öndədir. Çünki sizi əziyyətlə böyüdüb. Möhkəm ol, Aysun! Sən də bu gün anasan. Allahdan ümid kəsilməz. Səni cox istəyirik!"
 
Son günlər paylaşım etməyən Aysun Tolikin paylaşımına ürəklə cavab verib. 
 
Xatırladaq ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR