İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqanıstanlı müxalifət liderləri gələn həftə Pakistanda görüşəcəklər

Avqustun 25-26-da Əfqanıstanın müxtəlif müxalifət qüvvələrinin liderləri Pakistanda konfrans keçirəcəklər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, “Birliyə və Etibara doğru” devizi altında keçiriləcək toplantıda Əfqanıstanın müxtəlif müxalifət dairələrinin nümayəndələri, o cümlədən mühacirətdə olan siyasətçilər, qadın haqları fəalları və vətəndaş cəmiyyəti liderləri iştirak edəcək. Bu, 2021-ci ildə “Taliban” hərəkatının Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra Əfqanıstan müxalifətinin Pakistan ərazisində ilk genişmiqyaslı görüşü olacaq.

"Tədbirin təşkilatçıları bunun siyasi motivli olmadığını desələr də, görüşün siyasi rezonansı olacaq və İslamabad-Kabil münasibətlərinə böyük təsir göstərə bilər", - mənbələr bildiriblər.
ABŞ-nin Əfqanıstan üzrə keçmiş xüsusi nümayəndəsi Zalmay Xəlilzad Pakistanın toplantıya ev sahibliyi etmək qərarını tənqid edərək, onu “Taliban” rejiminin zorakılıqla devrilməsini dəstəkləyən siyasətçilərə platforma yaratmaqda ittiham edib.

Pakistan və Əfqanıstan arasında əlaqələr son aylarda pisləşib, İslamabad “Taliban”ı “Təhrik-e-Taliban Pakistan” yaraqlılarına sığınacaq verməkdə, ikitərəfli sərhəddə gərginliyi artırmaqda və Əfqanıstanda yerləşən ekstremistlərin Pakistan əsgərlərinə hücumlarında ittiham edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR