İnsanlara hürriyət, millətlərə istiqlal!

Bədəvilər və druzlar savaşdı, kürdlər fürsət qazandı

Avqustun 7-də Türkiyə Müdafiə Nazirliyi Suriyada fəaliyyət göstərən kürd birləşmələrini Dəməşqdəki keçid hökumət administrasiyası ilə inteqrasiya ilə bağlı razılaşmaya əməl etməməkdə ittiham edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ankaranın qənaətinə görəi, druzlar və bədəvilər arasında son toqquşmalar kürdləri öz muxtariyyətləri uğrunda mübarizə aparmağın zəruriliyinə inandırıb. Ankara ayrıca bəyan edib ki, kürd birləşmələri Suriyanın nəzarət edilən şimal-şərq bölgələrindən druz əhalisinin kompakt yaşadığı cənub bölgələrinə dəhliz yaratmağa çalışır. Birləşmiş Ştatlar Dəməşq və kürdləri danışıqlar masası arxasına oturtmağa çalışır, lakin hələlik uğur qazana bilmir.

Bildirilir ki, Suriya Demokratik Qüvvələri (SDQ) alyansının tərkibində fəaliyyət göstərən kürd birləşmələri Dəməşqin yeni hakimiyyəti ilə inteqrasiya haqqında mart memorandumunu yerinə yetirmir. Türkiyə Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən nümayəndəsi bu ittihamla çıxış edib: “SDQ terror təşkilatının səsinin getdikcə yüksəlməsi diqqətimizdən yayınmayıb, buna Suriyanın cənubundakı toqquşmalar kömək edib”.

Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 7-də prezident Əhməd əl-Şaraa ilə görüşü zamanı Ankaranın narahatlığını Dəməşqə çatdırıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR