Onlayn ictimai-siyasi qəzet
Beyləqanda bazar ərazisində yanğın olub.
Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Beyləqan şəhərində bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub”, – məlumatda vurğulanıb.
Qeyd olunub ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ