İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliya prezidenti Rusiya və Ukraynaya vasitəçilik təklif edib

Braziliya prezidenti Lula da Silva mayın 9-da Moskvada Rusiya lideri Vladimir Putinlə keçirdiyi görüşdə Ukrayna ilə mümkün danışıqlarda vasitəçi olmaq təşəbbüsüylə çıxış edib.

Musavat.com-un xəbərinə görə, bu barədə məlumatı Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Selsu Amorim verib.

Görüş zamanı Lula da Silva Pekin və Braziliya tərəfindən daha əvvəl hazırlanmış sülh təkliflərini müzakirə edib və özünün vasitəçilik etməyə hazır olduğunu bildirib.

Amorimin sözlərinə görə, Braziliya rəhbərliyinin mövqeyi Tramp administrasiyasının mövqeyinə yaxındır.

Braziliya rəsmisi Avropa İttifaqının da sülh danışıqlarının başlanmasında əsas rol oynamalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, Aİ-yə miqrasiya və sosial təminat kimi daxili problemlərə daha çox diqqət ayırmağa imkan verəcək.

Selsu Amorim Rusiya rəhbərliyinin Ukraynanın NATO-ya üzvlüyünə yol verməyəcəyini xatırladıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR