İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyanın sabiq baş naziri gəldiyi yerə qayıtdı

Böyük Britaniyanın keçmiş baş naziri Rişi Sunak Goldman Sachs Group Inc. bankında baş məsləhətçi işləyəcək.

Musavat.com xəbər verir ki, məlumat bankın açıqlamasında yer alıb.

Açıqlamada qeyd olunur: "Bu vəzifədə o, makroiqtisadiyyat və geosiyasət sahəsinə özünəməxsus perspektivi və təcrübəsini gətirərək, dünya üzrə müştərilərimizə bir sıra əsas mövzular üzrə məsləhət vermək üçün firmanın yüksək səviyyəli menecment komandası ilə işləyəcək".

Sunak 2001-2004-cü illərdə Goldman Sachs-da analitik kimi çalışıb.

O, 2022-ci ilin oktyabrından 2024-cü ilin iyuluna qədər Böyük Britaniyanın baş naziri vəzifəsində çalışıb. Bundan əvvəl (2020-ci ilin fevralından 2022-ci ilin iyuluna qədər) Sunak ölkənin maliyyə naziri olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR