İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu, ailənin özünə və uşaqlara çox böyük zərbədir" - Əli Məsimli

Deputat Əli Məsimli Milli Məclisin iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumat haqqında çıxış edərkən diqqəti sosial məsələlərə yönəldib.

Musavat.com-un xəbərinə görə, deputat bildirib ki, 283 min işsizdən 169,5 mini, yəni 60 faizi işsiz kimi uçota alınır:

"Onun da 94 faizi işlə təmin olunub. Bu məsələ belə deyil. Sorğular aparılsa, yerlərdə insanların əksəriyyəti işsizdir. Burada müsbət qarşılanan iki məqam var. İşsiz hesab olunan insanların 6 faizinə işsizliyə görə sığorta haqqı verilir. 10 faizi isə özünüməşğulluq proqramına cəlb olunub".

Ə.Məsimlinin sözlərinə görə, Azərbaycanda xeyli ailə var ki, onlarda bir nəfər belə işləmir:

"Bu, ailənin özünə və uşaqlara çox böyük zərbədir. Ona görə xüsusi məqsədli proqramlar hazırlanmalıdır ki, heç kəsin işləmədiyi ailələrdə azı 1 nəfərin işləməsi istiqamətində real işlər görülsün.

Azərbaycanda son vaxtlar insanların gündəlik tələbatlarını ödəmək üçün aldığı malların qiymətində 1,5 dəfə artım var. Belə halda ailədə bir nəfər işləyəndə 4 nəfərdən ibarət ailənin minimum xərci 1000 manatdan çoxdur. Bizdə orta əməkhaqqı ondan 13 faiz aşağıdır.

Muzdla işləyən insanların yarıya qədərinin aldığı vəsait isə ondan 1,8 dəfə aşağıdır. Beləliklə, bir nəfərin işləməsi indiki reallıqda ailənin dolandırılması üçün çətindir. Ona görə də qadınların işləyə biləcəyi sahələrin dairəsinin genişləndirilməsi istiqamətində addımlar atılmalıdır".

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

BÜTÜN XƏBƏRLƏR