İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu bürclərə XƏBƏRDARLIQ - Dəyişikliklərə hazır olun

Bu gün Əkizlər bürcündə Yeni ay yaşanır.

Əkizlər bürcü ünsiyyət, hər cür kommunikativ məsələlər, razılaşmalar, qısa səfərlər, təhsil və s. ilə bağlıdır. Tam olaraq 4 planet və cədvəlin yüksəlişi Əkizlər bürcündədir və xüsusilə də hakim planet Merkuri də Əkizlər bürcündədir ki, bu da ünsiyyət və zəka kimi məsələləri son dərəcə gücləndirir.

Musavat.com bürcünüzə görə Yeni ayın təsirlərini təqdim edir:

Qoç

Yeni təhsil prosesinə bir addım atıb, ani səyahət planı qura bilərsiniz. Ağlınız iti olacaq və çıxışlarınız təsirli olacaq.

Buğa

Maliyyə məsələlərində yeni qərarlar qəbul edə, gəlirinizi artıracaq fürsətlərlə qarşılaşa bilərsiniz. Müqavilələrə diqqət yetirin!

Əkizlər

Bürcünüzdə baş verən bu Yeni Ay sizi diqqət mərkəzinə qoyur. Özünüzü ifadə etmək gücünüz artdıqca, tamamilə yeni bir dövr başlayır.

Xərçəng

Daxili şüur yüksəlir. Arxa planda qalan məsələlər üzə çıxa bilər. Meditasiya faydalıdır.

Şir

Dostluqlar vasitəsilə həyatınıza yeni insanlar daxil ola bilər. Sosial dairəniz böyüyür, komanda işi ön plana çıxır.

Qız bürcü

Karyeranızda qəfil fürsət yarana bilər. İnandırıcı bacarıqlarınız sayəsində diqqət çəkəcəyiniz bir dövrdəsiniz.

Tərəzi

Beynəlxalq əlaqələr, akademik məsələlər və ya hüquqi proseslərdə yeni addımlar ola bilər. Üfüqləriniz genişlənir.

Əqrəb

Dərin əlaqələr, ortaq maliyyə məsələləri və emosional dəyişikliklər bu Yeni ayda gündəminizdədir. Gizli sirlər üzə çıxa bilər.

Oxatan

Münasibətlərdə yeniliklərin vaxtıdır. Hazırkı münasibətiniz başqa səviyyəyə keçə bilər və ya həyatınıza yeni birisi daxil ola bilər.

Oğlaq

Gündəlik işinizdə, iş mühitinizdə və sağlamlığınızda yeni vərdişlər əldə etmək mümkündür. Daha məhsuldar bir temp gəlir.

Dolça

Sevgi həyatınız canlanır! Bu, yeni flörtlər, yaradıcı layihələr və hobbilər üçün məhsuldar vaxt ola bilər.

Balıqlar

Ailə problemləri, köçmə və ya evlə bağlı yeni hadisələr ön plana çıxa bilər. Daxili rahatlıq axtarışınız artır.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR