İnsanlara hürriyət, millətlərə istiqlal!

BAŞLANDI! Mehdiyevin gəlinini İŞDƏN ÇIXARDILAR, sırada OĞLUDUR – bu gün SENSASİON HƏBSLƏR OLACAQ!

Dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Nigar Mehdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrini icra edirdi.

Məlumatı klinikadan saytımıza təsdiq edibər. N.Mehdiyevanın bu günlərdə klinikadakı vəzifəsindən kənarlaşdırıldığı bildirilib.
Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin edildikdən sonra klinikanın direktoru Əhliman Əmiraslanov onun gəlinini işə götürmüşdü. Ona dosent elmi adı verilib.

Məlumat üçün bildirək ki, bundan əvvəl Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu – fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyevin ölkədən çıxışına “stop” qoyulub.

TV Müsavat bildirir ki, bu gündən etibarən Mehdiyevin yaxınlarının tutduqları yüksək dövlət vəzifələrindən kənarlaşdırılması prosesi başlanır. İlk addım gəlini ilə bağlı atıldı. Oğlu ilə bağlı sərəncamın da veriləcəyi gözlənilir. Eyni zamanda bu gün sensasion həbslərin olacağı da bildirilir.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:                                                                                                                                     

https://www.youtube.com/results?search_query=tv+musavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Noyabr 2025

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR