İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu MÖCÜZƏVİ meyvəni yesəniz, ömrünüz uzanacaq, gəncləşəcəksiniz

Yay gəldi və əlvan üzümlər süfrələrə ləzzət qatdı. Vitamin və mineral deposu olan bu meyvənin sağlamlığa faydaları saysız-hesabsızdır.

Bəs ürək sağlamlığından sümüklərə qədər bir çoxə xeyir edən üzümün bilinməyən faydaları nələrdir?

Musavat.com CNN Türk-ə istinadən xəbər verir ki, türkiyəli həkim Betül Mert üzümün faydaları haqqında məlumatları sıralayıb.

Üzüm yüksək su və təbii şəkər tərkibinə görə enerji verən meyvədir. 100 qram təzə üzümdə təxminən 70-80 kkal var. Həmçinin tərkibində:

- Vitamin C, Vitamin K, Vitamin B6

- Kalium, mis, manqan kimi minerallar

- Həmçinin resveratrol və flavonoidlər kimi antioksidant komponentlərlə zəngindir.

Resveratrol, əsasən, üzümün qabığında olan bir birləşmədir və ürək sağlamlığına müsbət təsirləri ilə tanınır.

Uzun müddət və balanslı şəkildə istehlak edildiyi zaman üzümün bir çox faydaları üzə çıxır:

1. Ürək sağlamlığını dəstəkləyir və qan təzyiqini tənzimləməyə kömək edir. Tədqiqat üzümün tərkibindəki resveratrol birləşməsinin antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malik olduğunu müəyyən edib.

2. İmmunitet sistemini gücləndirir. Üzümdə çoxlu antioksidan var. Quercetin bənövşəyi və qara üzümlərə rəng verən bir antioksidandır. Neyrodegenerativ xəstəliklərdən qorunma təmin edir. Tədqiqatlar göstərir ki, üzüm alzheimer xəstəliyinin başlanğıcından müəyyən qədər qoruyur.

3. Həzm sistemini dəstəkləyir və qəbizliyə qarşı faydalıdır. Bundan əlavə, üzüm çəki idarə etməyə kömək edə biləcək qidalarla zəngin olan aşağı kalorili meyvədir.

4. Dəri sağlamlığına qatqı təmin edir, xüsusilə toxumlu növləri yaşlanma əleyhinə təsir göstərir. Bəzi araşdırmalar göstərir ki, üzümdə olan resveratrol qocalma prosesini ləngidə bilər.

5. Enerji verir və yorğunluq hissini azaldır. Üzümdə az miqdarda melatonin var. Melatonin beyində istehsal olunan və rahat yuxuya kömək edən bir hormondur.

6. Üzüm sümükləri möhkəmləndirir. K vitamini, kalsium, maqnezium və kaliumla zəngindir. Bu vacib vitamin və minerallar sümük sağlamlığını dəstəkləyir. Bunları kifayət qədər almamaq sümüklərin qırılma riskini artıra bilər.

Diqqət edilməli məqamlar isə bunlardır:

- Porsiyaya nəzarət çox vacibdir. Həddindən artıq istehlak xüsusilə insulin müqaviməti, diabet və ya çəki nəzarət məqsədləri olan şəxslər üçün tövsiyə edilmir.

- Bir porsiyanı təqribən 15-20 üzüm (bir kiçik salxım) hesab etmək olar.

- Kişmiş yüksək miqdarda şəkər ehtiva etdiyi üçün 1 xörək qaşığı ilə məhdudlaşdırılmalıdır.

- Üzümü çiy badam və ya qatıq kimi protein tərkibli qidalarla birlikdə istehlak etmək qan şəkəri səviyyəsini daha balanslı saxlamağa kömək edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR