Onlayn ictimai-siyasi qəzet
Daha əvvəl itkin düşdüyü bildirilən Cənubi Afrika Respublikasının Fransadakı səfiri Emmanuel Mtetva ölü tapılıb.
Musavat.com xəbər verir ki, bunu "Le Parisien" nəşri Paris prokurorluğuna istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, səfirin meyiti paytaxt Parisdə, Zəfər Tağının yaxınlığında yerləşən "Hyatt" hotelinin yanında aşkarlanıb.
İlkin məlumata görə, diplomat 22-ci mərtəbədən yıxılaraq ölüb.
Prokurorluq qeyd edib ki, səfirin yoxa çıxması barədə bir gün əvvəl onun həyat yoldaşı "ondan narahatedici mesaj aldıqdan" sonra məlumat verib.
Musavat.com
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ