İnsanlara hürriyət, millətlərə istiqlal!

Komitə sədrindən 20 sentyabrla bağlı təklif - Suverenlik günü

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin plenar iclasındakı çıxışı zamanı bildirdi ki, siyasi təqvim islahatı dünyada həyata keçirilib.

Musavat.com-un məlumatına görə, komitə rəhbəri bildirib ki, bayramların bir tarixdə birləşdirilməsi daha güclü simvolun yaradılması, xalqın idealları bir bütün kimi qəbul etməsi və milli ruhu bütövləşdirməsi deməkdir. “Siyasi təqvim tarixi necə kütləvi yaddaşa çevirməyi, hansı dəyərləri önə çıxarmağı və gələcəyə necə baxmağı müəyyənləşdirir.

Bəs “Zəfər Təqvimi” necə qurula bilər? Bizə görə, Müstəqillik günü Zəfərə gedən yolun başlanğıcıdır, Qurtuluş Günü daxili xaosdan xilasdır, Silahlı Qüvvələr günü Cümhuriyyətin yaratdığı orduya ehtiramdır və onların yarımçıq qalan ideallarının İlham Əliyevin ordusunun gerçəyə çevirməsidir, Zəfər Günü isə ən ali mərhələyə - ümumxalq arzularına yetişməkdir, deməli, siyasi tariximizi düzgün sıralamaq və birləşdirmək gərəkdir”.

Z.Oruc ardınca təkliflə çıxış etdi: “Prezidentin bəyan etdiyi yeni tarixi dövrdə Zəfərdən sonrakı təqvimimizdə 17 noyabr Milli Dirçəliş, 18 oktyabr Müstəqilliyin bərpası və 20 sentyabr Suverenlik gününü vahid siyasi idealda birləşdikləri üçün onları eyni bir gündə - 20 sentyabrda Bütövlük və Suverenlik bayramına çevirməyi təklif edirik. Nəticədə Qələbə təqvimimiz düzgün təmələ yerləşir. Əsla hər hansı tarixi günün üzərindən xətt çəkilmir, əksinə, xalqımızın meydan mübarizəsi, müstəqilliyin elanı nəhayət, 2023-cü ilin Xankəndi Zəfəri ilə öz dolğun mənasına qovuşur”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR