Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda 100-dən artıq sahə üzrə ixtisaslı kadr çatışmazlığı var.
Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, ekspertlər bildirirlər ki, universitetlərdə, peşə məktəblərində verilən bilik və bacarıqlar əmək bazarının ehtiyaclarını tam qarşılamadığından bir çox sahələr üzrə kadr çatışmazlığı yaranır. Ən çox kadr çatışmazlığının müşahidə edildiyi sahələr isə mühəndislik, turizm, aqrar və eyni zamanda bir sıra pedaqoji sahələrdir.
Ekspertlər onu da bildirirlər ki, ölkədə peşə məktəbləri kifayət qədər inkişaf etməyib, halbuki, bir çox texniki sahələr üçün ali təhsil yox, peşə bacarığı yetərlidir. Bu da öz növbəsində ali təhsilli sahələr üzrə kadr çatışmazlığı ilə bərabər peşə bacarığı tələb edən sahələrdə də kadr çatışmazlığı yaradır.
Təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda hazırda əmək bazarının tələbatı ilə təklif arasında disabalans var. Ən çox tələb olunan sahələrdə isə tədris, maraq və şərait baxımından problemlər qalmaqdadır. Gənclərin humanitar və sosial sahələrə yönəlməsi, texniki təhsilə marağın az olması da kadr çatışmazlığına öz təsirini göstərir.
Daha ətraflı videomaterialı təqdim edirik.
04 Iyul 2025
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ