İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu xanımlara yüksək vəzifələr verildi

Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub.

Musavat.com xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, müvafiq əmrlə Hicran Əyyubova kollecin direktoru, Gülnar Kərimova tədris işləri üzrə direktor müavini, Firuzə Fərmanlı isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.

Məlumat üçün bildirək ki, H.Əyyubova ötən ilin mayında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə direktor təyin edilib və son təyinatadək həmin vəzifəni icra edib.

G.Kərimova isə yeni təyinatadək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyul 2025

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR