Onlayn ictimai-siyasi qəzet
"Hacıqabul Rayon Mərkəzi Rayon Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru cərimələnib. Xəstəxana çirkab sularını ətraf mühitə axıdırmış.
Musavat.com xəbər verir ki, xəstəxana binasında maye tullantılarının plastik borularla ətraf mühitə axıdılması Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən aşkar edilib.
Bu səbəbdən "Hacıqabul Rayon Mərkəzi Rayon Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru inzibati qaydada cərimələnib.
Xəstəxana direktoru 2 min manat cərimə olunub.
Musavat.com
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ