İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cənubi Qafqaz körpüsündə böyük uzlaşma olmadıqca, dünyada sülh olmayacaq”

Xəbər verildiyi kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə görüş baş tutub. Bu görüş saatlarla davam edib.

"Dünyanın siyasi xəritəsinin dəyişməsiylə nəticələnəcək Böyük Barışa - yeni nizam quruculuğuna doğru daha bir mühüm addım bu gün Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən Əbu-Dabidə atıldı".

SUKUR.jpeg (167 KB)

Musavat.com xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elxan Şükürlü səsləndirib.

"Azərbaycanla Ermənistan arasında sülh təkcə Cənubi Qafqazda 35 ildir bağlı qalan yolların açılması, iqtisadi-ticari münasibətlərin sürətli inkişafı deyil, həm də digər geopolitik münaqişə məkanlarında - Rusiya-Ukrayna, İsrail-Fələstin cəbhəsində barışa açılacaq qapıdır.

İşin içində ABŞ da var, Rusiya da, Çin də, Avropa İttifaqı da, Türkiyə və İran da...

Qərblə Şərqin qovşağında - Bjezinskinin "bardağın boğazı" adlandırdığı Cənubi Qafqaz körpüsündə böyük uzlaşma olmadıqca, dünyada sülh olmayacaq!

Məşhur fransız yazıçı Viktor Hüqonun sülh haqqında belə bir cümləsi var idi: "Sülh hər şeyi həzm edən xoşbəxtlikdir".

İndi təkcə Azərbaycanla Ermənistanın yox, bütün dünyanın xalqlara bədbəxtlik gətirən müharibələrin unudulmaz yaralarını həzm edən bu xoşbəxtliyə çox ehtiyacı var", - siyasi şərhçi qeyd edib.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR