İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin-ABŞ danışıqları nə ilə nəticələnib? – Nazirdən mühüm açıqlama

ABŞ və Çin nümayəndələri Londonda keçirilən danışıqlarda ikitərəfli ticarətə qoyulan məhdudiyyətlərin qismən qaldırılmasına dair razılıq əldə ediblər.

Musavat.com xəbər verir ki, məlumatı jurnalistlərə ABŞ-ın ticarət naziri Hovard Lutnik açıqlayıb.

Onun sözlərinə görə, tərəflər həmçinin Çindən nadir torpaq metallarının tədarükünün təmin edilməsinə dair sazişlərin həyata keçirilməsi planını da razılaşdırıblar.

O, mayın 10-11-də Cenevrədə əldə olunmuş qarşılıqlı rüsumların qismən azaldılmasına dair razılaşmalara toxunaraq, “Biz Cenevrə konsensusunun həyata keçirilməsinə dair çərçivə razılaşması əldə etmişik” deyib.

Lutnikin sözlərinə görə, tərəflərin razılaşdırdığı plan ABŞ prezidenti Donald Tramp və Çin sədri Si Cinpinin təsdiqinə təqdim olunacaq: "Biz bu çərçivə sazişlərini Prezident Tramp və Çin Prezidenti tərəfindən təsdiqləndikdən sonra həyata keçirməyə başlayacağıq. Şübhəsiz ki, nadir torpaq metalları və maqnitlərin ABŞ-a tədarükü ilə bağlı məsələnin müqavilələrin çərçivə icrası yolu ilə həll ediləcəyini gözləyirik".

Qeyd edək ki, danışıqlarda Amerika nümayəndə heyətinə maliyyə naziri Skott Bessent və ticarət nümayəndəsi Ceymison Qri də daxil idi. Çin tərəfini Baş nazirin müavini He Lifeng təmsil edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR