İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin İran neftinin pulunu belə ödəyir – Sxem açıldı

İran neftinin Çinə tədarükü barter sistemi vasitəsilə həyata keçirilir və bu sistem əsasında Çin İranda infrastruktur qurur.

Musavat.com xəbər verir ki, məlumatı “The Wall Street Journal” Qərb rəsmilərinə istinadən yayıb.

Qəzet qeyd edur ki, İranın neft tədarükü prosesində Çinin Sinosure sığorta şirkəti və Chuxin maliyyə qurumu iştirak edir. Bu əməliyyatlar beynəlxalq bank sistemindən kənar həyata keçirilir və vəsaitlərin bir hissəsi infrastruktur tikintisinin maliyyələşdirilməsinə yönəldilir. Ötən il İran nefti üçün təqribən 8,4 milyard dollar ödəniş Çinin İranda inşa etdiyi iri infrastruktur layihələrinin maliyyələşdirilməsinə sərf edilib.

Nəşrin yazdığına görə, Çin əsrin əvvəlindən İranda infrastruktur tikintisinə təxminən 25 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb. Üstəlik, Çinin iranda infrastruktur işlərinin həcmi 2021-ci ildən artıb.

İran infrastruktur tikintisinə kömək etməklə yanaşı, neft gəlirlərindən birbaşa Çin mallarını almaq üçün istifadə edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR