İnsanlara hürriyət, millətlərə istiqlal!

Alma qabıqlarını heç vaxt atmayın - FAYDALARI

Almanı soyub qabığını atmağa tələsməyin.

Məhz qabığında immun sistemini gücləndirən, həzmi tənzimləyən və ürəyi qoruyan ən çox vitamin, antioksidant və lif cəmlənib.

Güclü antioksidantlarla zəngindir

Alma qabığı karotinoidlər, flavonoidlər və antosianinlər kimi təbii antioksidantlar ehtiva edir. Bu maddələr alma qabığına parlaq rəng verir və orqanizmi sərbəst radikalların zərərli təsirindən qoruyur.

xroniki xəstəliklərin riskini azaldır;

orqanizmdəki iltihabı azaldır;

yaşlanma prosesini ləngidir.

Həzmi yaxşılaşdırır və iştahanı tənzimləyir

Yeni araşdırmalara görə, alma qabığındakı liflər metabolik sindromun yəni ürək xəstəlikləri, 2-ci tip diabet və insult riskini artıran vəziyyətlər qrupunun qarşısını almağa kömək edir.

Bu liflər eyni zamanda:

uzunmüddətli toxluq hissi yaradır;

bağırsaq mikroflorasını gücləndirir;

qəbizliyin qarşısını alır.

Hormon balansını qoruyur

Alma qabığındakı xlorofil bədən üçün təbii təmizləyicidir. O, hormon balansını pozan kimyəvi birləşmələrin təsirini azalda bilər və xroniki iltihabın qarşısını alır.

Nəticədə alma qabığını yemək:

hormon sisteminin sağlam qalmasına kömək edir;

uzunmüddətli iltihab riskini azaldır;

ümumi orqanizm balansını qoruyur.

Beyin sağlamlığını dəstəkləyir

Məlumata görə, alma qabığı orqanizmdə o cümlədən beyindəki iltihabı azaldır. Bu, Altsheymer və Parkinson kimi xəstəliklərin qarşısının alınmasına yardımçı ola bilər. Antioksidantlar beyin hüceyrələrini qoruyur, qan dövranını yaxşılaşdırır və yaddaşı gücləndirir.

Xərçəngə qarşı qoruyucu təsir göstərir

Alma qabığında olan təbii antioksidantlar: hüceyrələrin oksidativ zədələnməsini azaldır;
bədxassəli hüceyrə dəyişikliklərinin qarşısını alır;

orqanizmdə daxili balansı (homeostazı) bərpa etməyə kömək edir.

Alma qabığından istifadə yolları

1. Quru qabıq çayı

Qurudulmuş alma qabıqlarını dəmləyərək ətirli və vitaminli içki kimi istifadə edin.

2. Şirniyyatlara əlavə edin

Qabığı xırda doğrayıb keks, piroq və ya maffin xəmirinə qatın həm dadı, həm faydası artır.
3. Salatlara qatın

Almanı qabığı ilə birlikdə doğrayıb kök, kələm və ya kərəvizlə qarışdırın.

4. Sağlam qəlyanaltı hazırlayın

Qabığı darçın və az miqdarda balla sobada bişirin və ya şəkərlə qaynayıb qurudaraq evdə “çips” və ya çəkilmiş meyvə konfetləri (çakata) hazırlayın.

5. Səhər yeməyinə əlavə edin

Qabığı xırda doğrayıb yulaf sıyığına və ya yunan yoqurtuna qarışdırın həm ləzzətli, həm də qidalandırıcı olar.\\Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR