Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayevlə görüşüb.
Musavat.com xəbər verir ki, C.Bayramov bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb.
O qeyd eidb ki, qazaxıstanlı həmkarı ilə iki ölkə arasında mövcud olan güclü strateji tərəfdaşlığın perspektivlərini müzakirə edib.
"Siyasi, iqtisadi, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığımızı nəzərdən keçirdik, həmçinin regional vəziyyətlə bağlı fikir mübadiləsi apardıq", - nazir vurğulayıb.
Azərbaycan XİN-in müvafiq paylaşımında isə görüş zamanı beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Toplantısı çərçivəsində birgə fəaliyyətin əhəmiyyətinin vurğulandığı bildirilib.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə
07 Oktyabr 2025
06 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ