İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada terrorçuların hücumu nəticəsində bir hərbçi həlak olub, dörd nəfər yaralanıb

Suriyanın Hələb şəhərinin şimalında Əşrəfiyə və Şeyx Maqsud rayonları ətrafında keçid hökumət qüvvələrinin qurduğu nəzarət-buraxılış məntəqələri PKK/YPG terrorçuları ("Suriya Demokratik Qüvvələri") tərəfindən atəşə tutulub.

"Report"un SANA-ya istinadən məlumatına görə, nəticədə bir hərbçi həlak olub, dördü isə yaralanıb.

Qruplaşmanın yaşayış məntəqələrini minaatandan atəşə tutması nəticəsində mülki şəxslər arasında yaralananların olduğu bildirilib.

Silahlıların hücumlarından sonra Rasulayn bölgəsində yerli xalqlar tərəfindən özünümüdafiə çərçivəsində səfərbərlik elan olunduğu məlumatı da paylaşılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR