Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın respublikaçı administrasiyası müvəqqəti büdcə layihəsi üzrə Demokratlar Partiyası üzvləri ilə danışıqlarda irəliləyiş əldə edib. Musavat.com xəbər verir ki, bunu prezident Donald Tramp Newsmax-a müsahibəsində açıqlayıb: "Düşünürəm ki, biz irəliləyiş əldə edirik".
Qeyd edək ki, o, əvvəllər Truth Social-da hər hansı bir məsələdə, o cümlədən səhiyyə xərcləri ilə bağlı "demokratlarla işləməkdən şad olduğunu" yazıb, "lakin əvvəlcə hökumətin işə qayıtmasına icazə verməlidirlər". Tramp deyib ki, Konqresdəki Demokratlar lazımi qanunu dərhal qəbul etməlidir.
Xatırladaq ki, oktyabrın 6-da ABŞ Senatı federal hökumətin qismən bağlanmasına son qoyacaq iki partiyalı qanun layihələrini yenidən rədd edib.
Musavat.com
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ