Onlayn ictimai-siyasi qəzet
Sağçı ekstremistlər ABŞ-ın Karakasdakı səfirliyinə partlayıcı qurğu yerləşdirməklə bağlı hücum planlaşdırırlar. Musavat.com xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro Venezola de Televiziya kanalında "Maduro Plus ilə" verilişində deyib: "Bir qrup ekstremist və terrorçu ABŞ səfirliyinə partlayıcı yerləşdirməyi, Bolivar hökumətini günahlandırmaq və münaqişəni gərginləşdirmək üçün tipik təxribat əməliyyatı keçirməyi planlaşdırırdılar".
Maduro xatırladıb ki, Dialoq və sülh üzrə komissarı, Venesuela parlamentinin sədri Xorxe Rodriges ABŞ administrasiyasını Karakasdakı ABŞ səfirliyinə hücum planları barədə xəbərdar edib. O, həmçinin axtarışda olan “terror fəaliyyətində iştirak edən şəxslər haqqında” məlumat verib.
Prezident Venesuela hakimiyyətinin ABŞ diplomatik missiyası ətrafında təhlükəsizlik tədbirlərini gücləndirdiyini açıqlayıb: “Ölkələrimiz arasında fikir ayrılıqlarına baxmayaraq, biz beynəlxalq hüququn prinsiplərinə ciddi şəkildə riayət edirik və diplomatik qurumlara hörmət edirik”.
Venesuela ilə ABŞ arasında diplomatik münasibətlər 2019-cu ildən dayandırılıb.
Musavat.com
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ