Onlayn ictimai-siyasi qəzet
Türkiyənin İzmir vilayətinin Urla rayonunda dəhşətli hadisə baş verib. 32 yaşlı Burçin Razak Akyürek həyat yoldaşı tərəfindən odlu silahla vurularaq öldürülüb.
Cinayəti törətməkdə şübhəli bilinən T.A. ilkin ifadəsində hadisənin "təsadüfən baş verdiyini" iddia edib. Onun sözlərinə görə, avtomobilin içində olarkən tüfəng "öz-özünə" atəş açıb və güllə maşından keçərək çöldə olan həyat yoldaşına dəyib.
Hadisə axşam saatlarında qeydə alınıb. Səs-küyü eşidənlər dərhal polis və təcili yardım çağırıblar. Hadisə yerinə gələn tibb işçiləri Burçin Razak Akyürekin artıq həyatını itirdiyini təsdiqləyiblər.
T.A. polis tərəfindən saxlanılıb və ifadə vermək üçün bölməyə aparılıb.
Hazırda **hadisə ilə bağlı istintaq davam etdirilir, hadisənin qəsdən və ya ehtiyatsızlıqdan törədildiyi versiyaları araşdırılır./Milli.az/
08 Oktyabr 2025
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ