İnsanlara hürriyət, millətlərə istiqlal!

Lamiyəyə 11 bıçaq zərbəsi vuran keçmiş əri intihara cəhd etdi

Şirvanda keçmiş həyat yoldaşı, "Şirvan şəhər mərkəzi xəstəxanası" PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lamiyə Qanbayevanı bıçaqlayan şəxs intihara cəhd edib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, oktyabrın 6-da keçmiş həyat yoldaşına 11 bıçaq zərbəsi vuran Şirvan sakini, 1986-cı il təvəllüdlü Tural Əlvan oğlu Qanbayev sirkə turşusu içib.

O, Şirvan şəhər xəstəxanasına yerləşdirilib və polis nəzarətinə götürülüb.

Qeyd edək ki, T. Qanbayev hadisəni törətdikdən sonra gizləndiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarılırdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR