İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı deputat: “Başımı tavana vururam”

Rusiya Dövlət Dumasının Rəqabətin qorunması komitəsinin sədr müavini Sergey Lisovski bildirib ki, xidməti avtomobil kimi “LADA Vesta” ilə hərəkət etmək olduqca narahatdır.

Musavat.com xəbər verir ki, rus deputat bu fikri taksilərin yerli avtomobillərə keçməsini məcburi edən yeni qaydaları şərh edərkən səsləndirib.

Həmin qaydalar daha əvvəl Duma deputatlarına da şamil olunub.

“İndi mən tam şəkildə başa düşürəm, “LADA Vesta” nə deməkdir. Bizim Dumada indi hamı “LADA Vesta” ilə gedir. Mən də onlardan biriyəm. Əhəmiyyəti yoxdur ki, vaxtaşırı başımı tavana vururam - bir az öyrəşmək olur. Amma çox kiçikdir. Biz demoqrafiyadan danışırıq, amma ata, ana və iki uşağın bu maşına sığması mümkün deyil. Sadəcə, oturmağa yer yoxdur”, - deyə deputat istehza ilə bildirib.

Lisovskinin bu sözlərindən sonra rus cəmiyyətində sosial mediada geniş müzakirələr başlayıb - Qərbin rahat və lüks avtomobillərinə öyrəşmiş siyasətçilərin artıq “yerli istehsalın reallığını” hiss etməyə başladıqları vurğulanır.

Bununla yanaşı, qeyd olunur ki, avtomobil sənayesindəki böhran səbəbindən “AvtoVAZ” işçiləri dörd günlük iş rejiminə keçirilib. Üstəlik, işdən çıxmaq da çətinləşib - artıq hər bir əməkdaş bunun üçün xüsusi komissiyadan keçməlidir.

Belə görünür ki, Rusiya siyasətçiləri də “Qərb rahatlığından” məhrum olmağın nə demək olduğunu hiss etməyə başlayıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR