İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşakov: “Putin-Əliyev görüşü olacaq” – Moskva–Bakı xəttində normallaşma siqnalı

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bu gün verdiyi açıqlamada Moskva ilə Bakı arasında təmaslar barədə pozitiv mesaj verib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, prezident Vladimir Putin Tacikistana üçgünlük səfəri çərçivəsində bir sıra dövlət başçıları ilə görüşlər keçirəcək və Azərbaycan Prezidenti İlham Əliyevlə təmas da mümkündür.

“Prezident Putin Tacikistana üçgünlük səfəri çərçivəsində bir sıra dövlət başçıları ilə ikitərəfli görüşlər keçirəcək, İlham Əliyevlə təmasların da istisna olunmadığını demək olar,” – deyə Uşakov vurğulayıb.

Musavat.com xatırladır ki, 10 aylıq fasilədən sonra bu gün ilk dəfə Əliyev və Putin telefonla danışıblar. Azərbaycan Prezidenti Rusiua liderini doğum günü münasibəti ilə təbrik edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR