İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə şirkətləri Qarabağın bərpasında podratçı kimi iştirak edir

Türkiyə şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak edir.



Musavat.com xəbər verir ki, Türkiyənin ticarət naziri Ömər Bolatın açıqlamasına görə, Türkiyə şirkətləri Qarabağda yolların, yaşayış binalarının və sosial obyektlərin inşasında podratçı kimi fəal şəkildə iştirak edirlər. 



Türkiyə şirkətlərinin iştirak etdiyi layihələrin ümumi investisiya paketi 5 milyard dollara yaxındır.

Bu vəsait Qarabağın iqtisadi dirçəlişinə, yeni iş yerlərinin açılmasına və regionun logistika potensialının artırılmasına yönəldilib.

Ö.Bolat həmçinin qeyd edib ki, Türkiyə şirkətləri artıq Zəngilan, Füzuli və Cəbrayıl rayonlarında fəaliyyət göstərir, burada aeroportların, sənaye parklarının və magistral yolların bərpası layihələrinə qoşulub.

“Bu, Türkiyənin qardaş Azərbaycanın gələcəyinə inamının ifadəsidir”, — deyə Ömər Bolat vurğulayıb.



 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR