Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya bankları avtomobil krediti fırıldaqçılığına görə müştərilərə 8,2 milyard funt sterlinq (11 milyard dollar) təzminat ödəməli olacaq. Musavat.com xəbər verir ki, məlumatı ölkənin maliyyə bazarlarında davranışa nəzarət qurumu - Financial Conduct Authority (FCA) açıqlayıb.
FCA-nın verdiyi məlumata görə, kompensasiya proqramının işə salınması və həyata keçirilməsi maliyyə qurumlarına təxminən 2,8 milyard funt-sterlinqə başa gələcək və onların ümumi xərcləri 11 milyard funt-sterlinqə çatacaq. Əvvəllər tənzimləyici bu məbləği 9-18 milyard funt sterlinq səviyyəsində qiymətləndirirdi.
Bu ilin avqustunda Böyük Britaniya Ali Məhkəməsi qərar verib ki, banklar müştərilərə yalnız vicdansız kreditlərin verilməsi ilə bağlı ən ciddi hallarda kompensasiya ödəməli olacaqlar. Söhbət bankların avtomobil satıcılarına ödədiyi komisyon haqlarından gedir. FCA bu komissiyaları 2021-ci ildə qadağan edib, 2024-cü ildə əvvəlki razılaşmaların nəzərdən keçirilməsinə başlayıb.
FCA istehlakçıların orta hesabla 700 funt sterlinq kompensasiya alacağını gözləyir. Əvvəllər bu məbləğin 950 funt sterlinq olacağı proqnozlaşdırılırdı.
Musavat.com
08 Oktyabr 2025
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ