Onlayn ictimai-siyasi qəzet
Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani Qəzza zolağında münaqişənin həlli üzrə danışıqlarda iştirak etmək üçün sabah Misirin Şarm əl-Şeyx şəhərinə səfər edəcək. Musavat.com xəbər verir ki, məlumatı baş nazirin müşaviri və Qətər Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Məcid bin Məhəmməd Əl-Ansari X hesabında açıqlayıb.
Onun sözlərinə görə, məsləhətləşmələr “həlledici mərhələyə” daxil olub: “Əlahəzrət Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl-Tani daimi atəşkəsə nail olmaq üçün intensivləşən regional və beynəlxalq səylər fonunda, Qəzza zolağı ilə bağlı aidiyyəti tərəflər arasında davam edən danışıqlara qoşulmaq üçün sabah, çərşənbə günü səhər Şarm əş-Şeyxə gedəcək. Məsləhətləşmələr vasitəçilərin Qəzza zolağında fəlakətli müharibəyə son qoyacaq razılaşma əldə etmək istəyini bir daha təsdiqləyir”.
Musavat.com
08 Oktyabr 2025
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ