İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniyada bina çöküb, ölən və itkin düşənlər var

İspaniyanın paytaxtı Madridin mərkəzində təmir işləri gedən binanın uçması nəticəsində azı iki nəfər ölüb, daha iki nəfər itkin düşüb.

"Report"un verdiyi məlumata görə, bu barədə Madrid meri Xose Luis Martines Almeyda bildirib.

Onun sözlərinə görə, xilasedicilər dağıntılar altından bir kişi və daha bir nəfərin meyitini çıxarıblar, onun şəxsiyyəti müəyyənləşdirilir. Daha əvvəl üç kişi və bir qadının itkin düşdüyü bildirilib.

Mer əlavə edib ki, hadisə nəticəsində 3 işçi xəsarət alıb. Axtarışa kömək etmək üçün xidməti itlər və dronlar cəlb olunub.

"İtkin düşənləri tapana qədər işimizi davam etdirəcəyik", - Martines Almeyda deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR